İspan rəssam Pablo Pikasssonun iki əsəri hərraca çıxarılacaq.
İnterpress.az xəbər verir ki, Pikassonun Boyunbağılı çılpaq”, “Qara stulda əyləşən Jaklin” adlı əsərləri martın 23-də Londondakı “Christies” hərrac evində nümayiş olunacaq.
Portretlərin 6-15 milyon sterlinq (təxminən 14-35 milyon manat) arası satılacağı ehtimal olunur.
İnterpress.az