Aeroport yolunda avtomobil piyadanı vurdu, yaralı komaya düşdübackend

Aeroport yolunda avtomobil piyadanı vurdu, yaralı komaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.
Hadisə Komsomol dairəsi kimi tanınan ərazidə qeydə alınıb.
20 yaşlı Həsənova Lamiyə Rəfael qızı sürət həddi 110 kilometr olan yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “Mercedes” markalı avtomobil vurub. Yaralı komatoz vəziyyətində xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
İnterpress.az