Tel-Əviv şəhərində Respublika günü “Qarabağ Azərbaycandır!” şüarı ilə qeyd edilibbackend

Tel-Əviv şəhərində Respublika günü “Qarabağ Azərbaycandır!” şüarı ilə qeyd edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

İsraildə yaşayan azərbaycanlı icmasının təşkilatçılığı ilə Tel-Əviv şəhərində 28 may – Respublika gününə həsr olunmuş bayram şənliyi keçirilib.
Tədbir iştirakçıları 103 il öncə müsəlman Şərqində ilk dəfə Azərbaycanda dünyəvi və demokratik respublikanın qurulmasını əlamətdar və mühüm hadisə adlandırıblar. Onlar xalqımızı Respublika günü və II Qarabağ müharibəsində əldə olunan böyük qələbə münasibətilə təbrik ediblər, ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq əlaqələrinin inkişafından məmnunluqlarını ifadə ediblər.
Tədbir konsert proqramı və “Qarabağ Azərbaycandır!” şüarının səsləndirilməsilə yekunlaşıb.

 

İnterpress.az