Azərbaycan diasporunun nümayəndə heyəti Türkiyədə müalicə alan qazilərimizə baş çəkibbackend

Azərbaycan diasporunun nümayəndə heyəti Türkiyədə müalicə alan qazilərimizə baş çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan diasporunun nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində müalicə alan, Vətən yolunda döyüşlərdə yaralanmış qazilərimizə baş çəkib və onların səhhəti ilə yaxından maraqlanıblar.

Görüş zamanı Vətənimizin igid övladlarının göstərdiyi şücaət və qəhramanlıqdan geniş söz açılıb, harada yaşamalarından asılı olmayaraq hər bir azərbaycanlının Vətən uğrunda canından keçən şəhidlərimiz və qazilərimizilə fəxarət hissi duyduqları vurğulanıb.
Komitə sədri şəhid ailələrinə, qazilərə dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərildiyini söyləyib, xüsusilə bunun Ölkə rəhbərliyi üçün prioritet məsələ olduğunu qeyd edib. Fuad Muradov əlavə edib ki, xaricdə yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatları və nümayəndələri may ayı ərzində keçirilən “Yaşat” Xeyriyyə Marafonunda maddi-mənəvi cəhətdən mütəşəkkil qaydada iştirak etməklə, şəhid ailələrinin və qazilərimizin yanında olduqlarını bir daha nümayiş etdiriblər.
Sonda ziyarətçilər qürur mənbəyimizə çevrilmiş qazilərimizə ən qısa zamanda sağlamlıqlarına qovuşmağı diləyib və onları zəfər sevincli “26 iyun – Silahlı Qüvvələr Günü” münasibəti ilə təbrik ediblər. Azərbaycan Respublikasının ərazi bütövlüyü naminə müqəddəs vəzifənin yerinə yetirilməsindəki şərəfli xidmətlərinə görə hər birinə dərin təşəkkürlərini bildiriblər.

İNTERPRESS.AZ