“Şou-biznesin bəzi əhli, sizə ayıb olsun. Bir şahid ailəsi sizə mesaj yazıb ki, əl işini paylaşıb dəstək olasınız”.
Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə paylaşdığı videoda deyib. O bildirib ki, şəhid ailəsindən olan Aynur adlı xanım ona saç düzümü edib və sənət adamlarından yardım istəyib. Amma heç kim ona yardım etməyib.
Aktrisa şou-biznes nümayəndələrinə səslənərək, onları təhqir edib:
“Bizim hamımızın şəhidlərə borcu var. Ona heç cavab verməyi özünüzə rəva görməmisiniz. Siz kimsiniz? Heç kimsiniz. Nə sənətkar kimi sənətkar, nə də adamsınız. Ölüb gedəndə heç it dəftərində adınız olmayacaq. O şəhidlər isə daim xalqın qəlbində yaşayacaq”.