İdman zalında bir-birilərinə baxmaq səbəbindən yaranmış mübahisə ÖLÜMLƏ BİTDİbackend

İdman zalında bir-birilərinə baxmaq səbəbindən yaranmış mübahisə ÖLÜMLƏ BİTDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

İdman zalında bir-birilərinə baxmaq səbəbindən yaranmış mübahisə
 

Bu il martın 1-də paytaxtın Xətai rayonu ərazisində 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən Bəxtiyar Nəsibov ilə bir-birilərinə baxmaq səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu ona sağlamlığına qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirdikdən sonra o, qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovu üzərində gəzdirdiyi bıçaq ilə sonuncunun döş qəfəsinin sol yan nahiyəsindən xəsarətlər yetirərək qəsdən öldürüb.

Əli Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.