Bakıda polis maşını qəzaya düşdübackend

Bakıda polis maşını qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda polis serjantının idarə etdiyi avtomobil qəzaya düşüb. hadisə dünən saat 00:10 radələrində, Biləcəri qəsəbəsi, Füzuli küçəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Ramiz Rafiq oğlu Ələkbərov idarə etdiyi “Toyota” markalı 10 TX 389 nömrəli avtomobillə Rayon Mühafizə İdarəsinin (RMİ) polis serjantı, 1987-ci il təvəllüdlü Bəhruz Rəcəb oğlu Cəfərovun idarə etdiyi “Volkswagen” markalı 99 AP 148 n-nömrəli avtomobili vurub.

Qəza nəticəsində “Volkswagen” markalı avtomobilin ön hissəsi əzilib, xəsarət alan olmayıb.

Hazırda hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.