Qazaxıstanda matəm elan edildibackend

Qazaxıstanda matəm elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 29 avqustu milli matəm günü elan edib.

Bu barədə dövlət başçısı “Twitter” səhifəsində yazıb.

“Jambıl vilayətində insanların ölümü ilə nəticələnən faciəli hadisə ilə əlaqədar olaraq, 29 avqustu ümummilli matəm günü elan edirəm”.

O qeyd edib ki, ölən hərbçilər və xilasedicilər əsl qəhrəmanlıq və fədakarlıq göstəriblər:

“Onlar xalqın yaddaşında əbədi olaraq qalacaq”.

Qeyd edək ki, Qazaxıstanda hərbi hissədə partlayışdan sonra baş verən yanğın səbəbindən ölənlərin sayı 13 nəfərə çatıb, 3 nəfərin isə axtarışları davam edir.