Ukrayna Rusiyanın patriarxına sanksiya tətbiq edibbackend

Ukrayna Rusiyanın patriarxına sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Moskva və bütün Rusiyanın patriarxı Kirill (Vladimir Qundyaev) və Rus Pravoslav Kilsəsinin (RPK) 8 yüksəkranqlı xadiminə qarşı şəxsi sanksiya tətbiq edib.

İnterpress.az  bildirir ki, bu barədə Ali Rada (parlament) qərar qəbul edib.

Qanunverici orqanın 292 deputatı bunun lehinə səs verib.

Bildirilib ki, Ali Radanın qərarını Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası təsdiqləməlidir.

Məlumata gröə, sanksiyalar 10 il qüvvədə olacaq.

Sanksiya siyahısına daxil edilən Rusiyanın din xadimləri:

– Moskva və bütün Rusiyanın 16-cı Patriarxı Kirill;

– Rus Pravoslav Kilsəsinin xarici kilsə əlaqələri idarəsinin rəisi, Volokolamsk mitropoliti İllarion;

– Rus Pravoslav Kilsəsinin xarici kilsə əlaqələri idarəsinin rəis müavini, protoierey Nikolay Balaşov;

– Pskov və Poroxov RPK mitropoliti Tixon;

– Sıktıvkar və Komi-Zıryansk RPK-nın arxiyepiskopu Pitirim;

– RPK-nın protoierey, yazıçı, vaiz və xoca Vladimirov Artemi Vladimiroviç;

– RPK-nın mitrofor protoiereyi, vaiz, teleaparıcı Andrey Yuryeviç Tkaçev;

– Rus pravoslav ilahiyyatçısı, xoca və publisist, ilahiyyat elmləri doktoru, Moskva Pravoslav İlahiyyat Akademiyasının və Rus Pravoslav Kilsəsinin seminariyasının əməkdar professoru Aleksey İliç Osipov.