İlk erməni üsyanı 1914-cü ildə Zeytun bölgəsində başladı.
Erməni şəbəkələri açıqdan –açığa Türkiyə hökumətinə qarşı dirənməyə başlamışdı. Əsgərlik çağırışına getməyən ermənilər, əsgər gedən müsəlmanların qarşısını kəsir, öldürür və mallarını talayırdılar. Buna qarşı hökumətin apardığı əməliyyatda 25 döyüşçü şəhid oldu, 34 zabit isə ağır yaralandı.
Əməliyyat nəticəsində 700 nerməni qulduru həbs edilərək Tekke Manastrında saxlanıldı.
İç Anadoludakı erməni quldur dəstələri bu zaman dinc durmadılar. Bitlis, Ərzurum, Elazığ, Diyarbakır, Sivas, Trabzon, Yozgat və Vanda da erməni dəstələrinin rəhbərləri hərəkətə keçdilər.
Əsas fəaliyyətləri polis şöbələrinə və idarələrə hücum etmək olan erməni millətçiləri, ictimai yerləri bombalamaqla yanaşı, ruslar üçün cəsusluq da edirdilər.
Bu sırada ruslar 1914-cü ildə Qarsı keçərək, Ağrı şəhərini də işğal etmişdilər. Artıq Sarıkamışdan sonra Ərzurum-Van istiqamətində irəliləyirdilər.
Məşhur Sarıkamış uğursuzluğunun əsas səbəblərindən biri də türkiyədə yaşayan ermənilərin satqınlığı, xəyanətkarlığı idi. Tələt Paşa sonralar ABŞ-ın Türkiyədəki səfirinə ermənilər haqqında danışarkən bu məqama da toxunmuşdu:
“Ermənilərə qarşı düşmənçiliyimizin arxasında dayanan səbəblər çox ağırdır. İlk növbədə ermənilər türklərin düşmənlərinə cəsusluq edərək, özlərinə var-dövlət yıdğılar. İkincisi isə bizi mühakimə edərək, özlərinə dövlət yaratmaq üçün minlərlə günahsız insanı qətlə yetrdilər, daim ölkədə çaxnaşma saldılar. Ermənilər Qafqazda rusları dəstəklədilər. Türkiyədə olduğu kimi Qafqazda da qanı su yerinə axıtdılar”.
Türklərə qarşı erməni vandalizminin pik nöqtəsi isə Vanda baş verən soyqrım idi. 1915-ci ilin 20 aprelində ermənilər Vanda və yaxın məkanlarda ağlasığmaz vəhşiliklər törətdilər. Erməni qatillərinin qərargahı isə Akdamar adasındakı Rahiblər Məkətbi idi. Bu gün Türkiyə hökuməti Rahiblər Məktəbinin tarixindəki bu ləkəni ört-basdır etməkdən ötrü demək olar ki, elə ermənilər qədər əziyyət çəkir. Erməniləri anladıq, düşməndirlər və qarı düşmən dost olmaz. Amma bu gün Türkiyədə hakimiyyətdə olan Ərdoğan komandasının erməniləri təmizə çıxarmağa çalışmasının arxasında dayanan gizli maraqları anlamaq çox çətindir. Bəli, bu gün Türkiyənin dövlət büdcəsindən ayrılan vəsait hesabına, vaxtilə türklərin qanını axıdan ermənilərin qərargahı olan Rahiblər Məkətbi təmir edilir. Artıq Rahiblər Məkətbi adını da bu şeytan ocağının üstündən götürüblər. İndi bura “Dinlərarası Dialoq Mərkəzi” adı ilə fəaliyyət göstərir. İndi kimin üçün işləyir bilən yoxdur.. Ortada olan odur ki, bu mərkəz bütün hallarda türkiyənin və türk xalqının düşmənləri üçün müqəddəs yerdir və hər zaman türklərə qarşı fəaliyyət göstərir.
Mövzudan uzaqlaşmayaq. Türkiyədə erməniləri türklərin üstünə qaldıran ideoloqlar Rusiyada ölüm cəzasına məhkum edilmiş iki erməni idi.
1915-ci ilin fevral ayında Tımar mərkəzində qoyun sayının düzgün aparılmadığını bəhanə edən ermənilər yenidən dinc əhalinin üzərinə hücuma keçdilər. Sayı 5 mindən çox olan ermənilər Osmanlı Bankına, Posta-Telgraf və hökumət binalarına bomba ataraq hücuma keçdilər.
Ermənilər Farnsada istehsal olunan xüsusi şapkalar qoyurdular başlarına. Şapkaların üstünə isə ermənni dilində “qisas” sözü yazılırdı.
Bütün bunlar türkiyə hökumətini 1915-ci ilin 27 mayında erməniləri ölkədən çıxarmaq haqqında qərara gəlməsinə gətirib çıxardı.
Bu gün isə Ərdoğan hakmiyyəti Suriyadan və İraqdan həmin xəyanətkar ermənilərin törəmələrini yenidən Türkiyəyə gətirib doldururlar. Bəli, Türkiyəyə bu son iki ildə sürətlə axın edənlər heç də müsəlmanlar deyil, ermənilərdir. Özü də nə az, nə çox 2.5 milyon. Bu qədər erməninin axınının qarşısında Türkiyənin sabahını düşünmək sadəcə dəhşətlidir.
Hazırladı Arzu Abdulla