ABŞ və Yaponiya yeni nəsil nüvə reaktorlarının, o cümlədən kiçik modul tipli reaktorların hazırlanmasında və tikintisində əməkdaşlıq edəcəklər.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Nişimura Yasutoşi Vaşinqtona səfəri çərçivəsində ABŞ-ın energetika naziri Cennifer Qranholm ilə görüşüb.
Enerji məsələlərinə, o cümlədən mayeləşdirilmiş təbii qaza toxunan iki nazir enerji mənbələri üçün əlaqəli tənzimləmə mühitinin saxlanması barədə razılığa gəliblər.
Nazirlərin birgə bəyanatına əsasən, Yaponiya və ABŞ yeni nəsil və müasir nüvə reaktorlarının, o cümlədən kiçik modul tipli reaktorların hazırlanması və tikintisi sahəsində əməkdaşlıq edəcəklər.