Yaponiya və Kanadanın baş nazirləri Çinin Hind-Sakit Okean hövzəsində artan nüfuzu fonunda aralarında təhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq barədə razılığa gəliblər.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Yaponiyanın Baş naziri Kişida Fumio G-7 turu çərçivəsində gəldiyi Ottava şəhərində Kanadanın Baş naziri Castin Trudeau ilə görüşüb.
Görüş zamanı iki baş nazir Çinin Hind-Sakit okean regionunda artan təsirinə qarşı Yaponiya və Kanada arasında təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması barədə razılığa gəliblər.
Trudeau və Kişida həmçinin may ayında Xirosimada keçirilən G7 Liderlərinin Sammitində enerji və ərzaq təhlükəsizliyi, nüvə tərksilahı və iqlim dəyişikliyi kimi məsələlərin müzakirəsi barədə razılığa gəliblər.