Fransada 3 seçki dairəsində yenidən parlamentin seçkiləri çərçivəsində solçu və ekoloji partiyalardan ibarət Sosial və Ekoloji Yeni Xalq Birliyinin (Nupes) 2, hakim cəbhənin isə 1 namizədi millət vəkili seçilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Fransada Konstitusiya Məhkəməsi 2022-ci ilin iyununda Pas-de-Kalenin 8-ci, Marnenin 2-ci və Şarante 1-ci seçki dairələrində keçirilən parlament seçkilərinin nəticələrini ləğv etdikdən sonra bu bölgələrdə yenidən parlament seçkiləri keçirilib.
Qeyri-rəsmi nəticələrə əsasən, seçkilərin ikinci turunda Nupesin iki namizədi Rene Pilato və Bertrand Petit və hakim cəbhənin namizədi Laure Miller millət vəkili seçilib.
Pilato Şarentenin 1-ci seçki dairəsində 50,99 faiz, Petit isə Pas-de-Kalenin 8-ci dairəsində 66,49 faiz səs toplayıb.
Miller Marnenin ikinci seçki dairəsində səslərin 51,8 faizini toplayaraq, ifrat sağçı Milli Birlik (RN) rəqibi Ann-Sofi Friqutu qabaqlayıb. Belə ki, RN partiyasının 1 deputatının parlamentdəki yerlərinin sayı azalıb.
3 seçki dairəsi üzrə səsverməyə gedən seçicilərin nisbəti 30 faiz və ya ondan az olub.