BMT: Ukraynada sülhə nail olmaq üçün problemin kökünə varmaq lazımdırbackend

BMT: Ukraynada sülhə nail olmaq üçün problemin kökünə varmaq lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada münaqişənin sona çatması və sülhün bərqərar olması üçün sülh sazişinin kifayət etməyəcəyini və problemin kökünün həll edilməli olduğunu bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

BMT-nin Siyasi Məsələlər Bölməsinin baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Miroslav Yença Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurasında keçirilən Ukrayna sessiyasında üzv ölkələri məlumatlandırıb.

Rusiyanın Ukraynanı “işğalından” 2 il keçdiyini xatırladan Yença ölkədə münaqişənin 2014-cü ildən başladığını da unutmaq lazım olduğunu vurğulayıb.

Yença Ukraynada müharibənin artan şiddətindən və bunun mülki əhaliyə təsirindən narahat olduqlarını, ədalətli və qalıcı həll yolunun getdikcə sarsıldığını bildirib:

“Biz bilirik ki, zorakılığa son qoymaq üçün təkcə sülh sazişləri kifayət etməyəcək. Sülh prosesləri problemin kökünə getməlidir”.

Xəbərdarlıq edən Yenca bu prosesə cəmiyyətin bütün təbəqələrinin bərabər şəkildə daxil edilməsinin vacibliyini vurğulayıb.

Yença Ukrayna üçün əsas ehtiyacın BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq daimi və hərtərəfli sülh olduğunu vurğulayaraq, gərginliyin azaldılmasına və diplomatik səylərin artırılmasına çağırıb.