BMT-nin ali komissarı: Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli təsiri nəsillər boyu hiss olunacaqbackend

BMT-nin ali komissarı: Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli təsiri nəsillər boyu hiss olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli təsirinin nəsillər boyu hiss ediləcəyini bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Türk davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib:

“Rusiyanın Ukraynaya üçüncü ilinə qədəm qoyan və sonu görünməyən genişmiqyaslı hücumları ciddi və geniş yayılmış insan hüquqları pozuntularına səbəb olmaqda, insanların həyatını və dolanışıq vasitələrini məhv etməkdə davam edir”.

O, BMT-nin İnsan Haqları Monitorinq Missiyasının Rusiya-Ukrayna müharibəsi nəticəsində 10 min 582 nəfərin öldüyünü, 19 min 875 nəfərin isə yaralandığını təsdiqlədiyini bildirib.

Türk qeyd edib ki, real rəqəmlərin daha çox olması ehtimalı var.

Müharibə səbəbiylə milyonlarla insanın yerindən-yurdundan didərgin düşdüyünü, minlərlə insanın evini itirdiyini vurğulayan Türk bildirib ki, bu vəziyyət insanların sağlamlıq və təhsil hüquqlarını əhəmiyyətli dərəcədə təsirləndirib. Ukraynadakı bu müharibənin uzunmüddətli təsiri nəsillər boyu hiss olunacaq.

Türk müharibənin səbəb olduğu bütün insan haqları və beynəlxalq humanitar hüquq pozuntularının hərtərəfli və müstəqil araşdırılmasına çağırıb.