Braziliya İsraili Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına əməl etməyə çağırırbackend

Braziliya İsraili Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına əməl etməyə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya İsrailin Qəzzaya hücumlarını pisləyib və Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) gördüyü təcili tədbirlərə əməl etməli olduğunu bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında çıxış edən Braziliyanın İnsan Haqları və Əhali naziri Silvio Almeyda Şuranın irqçilik, cinsiyyətçilik, antisemitizm və anti-müsəlman əhval-ruhiyyəsinə qarşı durmalı olduğunu bildirib.

Ölkəsinin İsrailin 30 minə yaxın fələstinlinin ölümünə səbəb olan “qeyri-mütənasib güc tətbiqini” rədd etdiyini qeyd edən Almedia bildirib ki, İsrail əsasən qadın və uşaq olmaqla Qəzza əhalisinin 80 faizindən çoxunu məcburi köçkün etdi və minlərlə insanı tərk edib.

Almeyda azad və müstəqil Fələstin dövlətinin qurulmasının sülh üçün “vacib bir şərt” olduğunu iddia edib: “İsrailin Fələstin torpaqlarını işğalının qeyri-qanuni olduğunu və beynəlxalq qaydaları pozduğunu vurğulamaq istərdik”.

BMT-nin İnsan Haqları Şurasının xalqların öz müqəddəratını təyinetmə hüququnu müdafiə etməsi lazım olduğunu vurğulayan Almeyda münaqişələrə sülh yolu ilə həll yolları axtarmaq, müstəmləkəçilik və aparteidə qarşı durmağın şuranın vəzifələrindən olduğunu bildirib.

Almeyda Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Məhkəmədə qaldırdığı soyqırım işinə də toxunub və Təl-Əviv administrasiyasını “ciddi insan haqları pozuntularını dayandırmaq üçün Məhkəmə tərəfindən görülən fövqəladə tədbirlərə tam əməl etməyə” çağırıb.