Ukrayna 65 milyon dollarlıq Rusiya patrul gəmisini vurubbackend

Ukrayna 65 milyon dollarlıq Rusiya patrul gəmisini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadan verilən açıqlamada Rusiya Qara Dəniz Donanmasının patrul gəmisinin Krım sahillərində hədəf alındığı və gəminin zədələndiyi bildirilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat bölməsindən verilən açıqlamada Krım sahillərində Rusiya Qara Dəniz Donanmasının patrul gəmisinin hədəfə alındığı bildirilib.

Kerç boğazına yaxın bir nöqtədə “Magura V5” pilotsuz dəniz vasitələri ilə vurulan Sergey Kotov adlı rus gəmisinin müxtəlif hissələrinə ziyan dəydiyi qeyd edilib.

Açıqlamada, hədəf alınan gəminin dəyərinin təxminən 65 milyon dollar olduğu bildirilib.

“Qara dəniz donanması işğalın simvoludur”

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak hücumla bağlı açıqlamasında deyib ki, Rusiyanın Qara dəniz donanması işğalın simvoludur. Ukraynaya aid olan Krımda onu tapmaq olmaz.

Krımdakı Rusiya səlahiyyətliləri hücuma görə Krım yarımadasını Rusiya materikinə birləşdirən Krım körpüsündə yol və qatar hərəkətlərinin müvəqqəti dayandırıldığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verməyib.