Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror aktının törədilməsində şübhəli bilinən 11 nəfər saxlanılıb.
Bu barədə Kremlin Mətbuat Xidmətindən xəbər verilib.
“Rusiya Federal Təhqiqatlar Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov ölkə başçısı Vladimir Putinə “Crocus City Hall”dakı terror aktında iştirak edən 11 nəfərin, o cümlədən dörd terrorçunun saxlanılması barədə məlumat verib”, – deyə Mətbuat Xidmətindən vurğulanıb.
***
Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall”a hücumda şübhəli bilinən iki nəfər Bryansk vilayətində ələ keçirilib.
Bu barədə “Baza” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilir ki, cinayətkarların olduğu güman edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda – Tyoplıy kəndi yaxınlığında saxlanılıb.
İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub: Onlardan dördü qaça bilib. Qaçan şəxslərin kimliyi məlum olub.
Bunların:
Məhmədrəsul Nəsridinov – 37 yaş;
Rivojidin İsmonov – 51 yaş;
Şoxinjon Safolzoda – 21 yaş;
Rüstəm Nəzərov – 29 yaş olduğu bildirilir. Onların hamısının Tacikistan vətəndaşları olduğu deyilir.
Hazırda onların terror aktında iştirakları yoxlanılır.
Qaçan dörd nəfərin axtarışına başlanılıb.
Bryansk vilayətində “Crocus City Hall”a hücumda iki nəfər şübhəli bilinən saxlanılıb.
İnterpress.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayətkarların olduğu güman edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub. Onlardan 2-si saxlanılıb, dörd nəfər isə qaça bilib.
Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.