Azərbaycanın yeniyetmə cüdoçuları Almaniyada beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Federasiyadan verilən məlumata görə, qızlardan ibarət komanda Türingiya şəhərində hazırlıq prosesində iştirak edib.
Toplanış aprelin 6-7-də Çexiyanın Teplitse şəhərində keçiriləcək Avropa Kubokuna, mayın 4-5-də Göygöldə təşkil olunacaq Avropa Kubokuna, iyun və avqust aylarında gerçəkləşəcək Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
Gənclərdən ibarət yığmanın üzvləri isə Bremendə beynəlxalq təlim-məşq toplanışına qatılıb. Onlar martın 30-dək Hannoverdə məşq edəcəklər.