Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilibbackend

Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib.

İnterpress.az xəbər verir ki, şəhərin mərkəzində baş tutan tədbirdən öncə yarışda iştirak edəcək komandalar ictimaiyyətə təqdim edilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və komanda rəsmiləri Ümummilli Liderin heykəlinin önünə gül dəstələri qoyublar.

Dövlət Himninin səsləndirilməsindən sonra parad bədii hissə ilə davam edib. Müxtəlif rəqs nümunələri göstərilib, ifalar səsləndirilib.

Reqatanın açılış mərasimi və ilk yarış mayın 1-də Suqovuşanda olacaq. 4 gün davam edəcək marafonda Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparacaq.

AKAF-ın təşkilatçılığı ilə baş tutacaq beynəlxalq reqata Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunub.

Qeyd edək ki, Suqovuşan və Mingəçevirdə gerçəkləşəcək turnir mayın 3-də başa çatacaq./Report