Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) ilk Şura toplantısı keçirilib.
İnterpress.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunda (TMİF) təşkil olunan tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, TMİF-in prezidenti Aktotı Raimkulova, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Çingiz Esenqul Uulu və Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı iştirak ediblər.
Toplantıda 2023-cü il noyabrın 3-də Qazaxıstanın Astana şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının X Zirvə Görüşü çərçivəsində Fondun qarşısına qoyulan vəzifələr, o cümlədən, 2024 və 2025-ci illər üzrə Fəaliyyət Planı, Türk Mədəni İrsi Konvensiyasının hazırlanması məsələləri ətrafında müzakirələr aparılıb.