İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilir.
İnterpress.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Azərbaycan XİN başçısı Ceyhun Bayramov Pakistan XİN-ə gəlib və bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar tərəfindən qəbul edilib.
Danışıqlar zamanı ikitərəfli və regional məsələlər müzakirə ediləcək.