Bakıda külək güclənib, bəzi rayonlara dolu düşüb – FAKTİKİ HAVA – YENİLƏNİBbackend

Bakıda külək güclənib, bəzi rayonlara dolu düşüb – FAKTİKİ HAVA – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 1-i saat 20:00-a olan məlumata əsasən öncədən xəbər verilən narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 27 m/s, Naftalanda 22 m/s-dir.

Bu barədə “İnterpress.az“a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda narıncı, ayrı-ayrı yerlərdə isə sarı xəbərdarlıq verilib. Sarı xəbərdarlığa uyğun Goranboyda isə küləyin sürəti 19 m/s təşkil edir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 2-si günün ikinci yarısınadək davam edəcək.

***

13:32

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

İnterpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-13° isti, gündüz 13-18° isti olacaq.