Azərbaycanda bölük komandiri HƏBS OLUNDUbackend

Azərbaycanda bölük komandiri HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda “N” saylı hərbi hissənin bölük komandiri həbs edilib.

İnterpress.az bildirir ki, kapitan Ağamalı Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.

Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib./Qafqazinfo.az