Ədliyyə nazirinin müavini Toğrul Musayev vəzifəsindən azad edilib.
İnterpress.az-ın məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, ikinci dərəcəli dövlət ədliyyə müşaviri T.Musayev tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Toğrul Musayev ədliyyə nazirinin müavini vəzifəsində 24 il işləyib.”Qafqazinfo”