BƏƏ ABŞ-nin Qəzza zolağı ilə bağlı planlarının üstündən XƏTT ÇƏKƏ BİLƏRbackend

BƏƏ ABŞ-nin Qəzza zolağı ilə bağlı planlarının üstündən XƏTT ÇƏKƏ BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BƏƏ və Fələstin Muxtariyyəti arasında fikir ayrılıqları ABŞ-nin Qəzza zolağında müharibədən sonrakı planla bağlı səylərinə meydan oxuyur.

İnterpress.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

BƏƏ, yeni hökumətin yaradılmasına baxmayaraq, Fələstin Muxtariyyətini tənqid edib. BƏƏ onların heç bir islahat aparmadıqlarını bildirib.

Nəşr yazır ki, bu, aprelin 29-da Ər-Riyadda ABŞ dövlət katibi Blinkenlə bir qrup ərəb rəsmisi arasında Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşdən sonra məlum olub.

Mənbələrin verdiyi məlumata görə, görüş zamanı Fələstin Muxtariyyətinin mülki işlər naziri əl-Şeyx ABŞ və ərəb ölkələrinin tələbi ilə islahatlar apardıqlarını və yeni hökumət yaratdıqlarını, lakin kifayət qədər siyasi və maliyyə dəstəyi almadıqlarını bildirib.

Buna cavab olaraq BƏƏ-nin xarici işlər naziri əl-Nəhyan muxtariyyət daxilində hər hansı əhəmiyyətli islahatların aparılmamasına etiraz edib və onun yüksək vəzifəli məmurlarının “faydasız” olduğunu bildirib.

Qeyd olunur ki, BƏƏ-nin mövqeyi Fələstin Administrasiyasının planlaşdırdığı islahatlara skeptisizmi və ərəb liderləri arasında mübahisələri əks etdirir.
Bu, Bayden administrasiyasının Qəzza zolağı üçün müharibədən sonrakı strategiya hazırlamaq səylərinə meydan oxuya bilər.

Fələstin Muxtariyyətində kadr dəyişiklikləri – Abbası hakimiyyəti saxlamaq və tələb olunan islahatlardan qaçmaq cəhdidir.

Xuraman Etibarlı

İnterpress.az