Rusiya ordu haqqında “saxta” xəbərlərə görə bank hesablarını BLOKLAYACAQbackend

Rusiya ordu haqqında “saxta” xəbərlərə görə bank hesablarını BLOKLAYACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar xuliqanlıq və ordu haqqında “saxta” xəbərlərə görə bank hesablarını bloklamağa başlayacaqlar.

interpress.az xəbər verir ki, bu barədə RTVI sənədə istinadən yazır. Bu, iyulun 8-də qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyasının təsdiq etdiyi qanun layihəsindən irəli gəlir.

Rusiya hakimiyyəti şübhəli və müttəhimləri ekstremizm və ya terrorizmdə iştirak edənlər siyahısına əlavə edə biləcəyi cinayət maddələrinin sayını genişləndirməyə hazırlaşır. Və sonradan bank hesablarını bloklayır.

Rosfinmonitorinq siyahısına daxil olmaq bank hesablarının və digər əmlakın “dondurulmasına” gətirib çıxarır. Siyahıya daxil olanlar vergilər və cərimələr istisna olmaqla, hər bir ailə üzvü üçün ayda 10 min rubldan çox xərcləyə bilməzlər.

Xuraman Etibarlı

İnterpress.az