Tramp: Tayvan Çinin hücumundan müdafiə üçün ABŞ-yə pul ödəməlidirbackend

Tramp: Tayvan Çinin hücumundan müdafiə üçün ABŞ-yə pul ödəməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan Çinin mümkün hücumundan müdafiə üçün ABŞ-a pul ödəməlidir.

interpress.az xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizəd Donald Tramp Bloomberg-ə müsahibəsində deyib.

“Düşünürəm ki, Tayvan müdafiə üçün bizə pul ödəməlidir. Bilirsiniz, bizim sığorta şirkətindən heç bir fərqimiz yoxdur.

Tayvan bizə heç nə vermir. Niyə? Biz bunu niyə edirik?”, – Tramp bildirib.

O, həmçinin Tayvanın çip biznesini Vaşinqtondan götürdüyündən və oradan varlandığından şikayətlənib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Hazırkı prezident Bayden və respublikaçı Tramp dövlət başçısı vəzifəsinə əsas namizədlərdir.

Xuraman Etibarlı

İnterpress.az