Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev dəfn olunub.
İnterpress.az xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.
Mərhumun yas mərasimi Heydər məscidində keçirilib.
S.Mirzəyev bu gün saat 3-də İkinci Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, Səfa Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib.
O, 2022-ci il mayın 12-də yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
S.Mirzəyev 11 may 2012-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
11 may 2022-ci ildə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.