Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
İnterpress.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 27-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1255 nəfər namizəd olmaq üçün müraciət edib.