“Vaqner” Malidəki vəziyyətlə bağlı bəyanat yayıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, “Vaqner” qrupu iyulun 22-dən 27-dək qrupun 13-cü hücum dəstəsinin döyüşçülərinin Tin-Zautin kəndi yaxınlığında yaraqlılarla şiddətli döyüşlər aparıb. “Vaqner” Malidəki vəziyyətlə bağlı bəyanat yayıb.
Dəstəyə Sergey Şevçenko (“Prud” çağırış nişanı) rəhbərlik edirdi. İlk gün onun dəstəsi islamçıların çoxunu məhv edib, qalanlarını isə qaçırıb. Lakin radikallar qum fırtınası sayəsində yenidən toplanaraq sayını min nəfərə çatdıra biliblər.
İyulun 25-də yaraqlılar yenidən “musiqiçilər”ə hücum edib. Hücum cəhdi dəf edilib, lakin növbəti iki gündə radikallar itkilərlə nəticələnən kütləvi hücumların sayını artırıblar.
İyulun 27-də döyüşçülərdən son radioqramma alınıb (“Üçümüz qaldıq, döyüşməyə davam edirik”). Döyüşdə dəstə komandiri Sergey Şevçenko həlak olub.
Xuraman Etibarlı
İnterpress.az