DSX sosial şəbəkədə yayılmış videogörüntü ilə bağlı araşdırma aparıbbackend

DSX sosial şəbəkədə yayılmış videogörüntü ilə bağlı araşdırma aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidməti əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb.

İnterpress.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stress vəziyyətində cavab verib:

“Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir”.