Tənzilə Rüstəmxanlı Xolqaraqaşlı kəndində söz verdi: “Ən böyük neftçalalı mən olacağam”backend

Tənzilə Rüstəmxanlı Xolqaraqaşlı kəndində söz verdi: “Ən böyük neftçalalı mən olacağam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Milli Məclisinə namizədlərin təbliğat -təsviqat kampaniyası davam edir.

Seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı seçicilərlə növbəti görüşünü keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.

Xanım namizədin budəfəki görüşü Neftçala rayonunun Xolqaraqaşlı kəndində baş tutub.

Görüşü giriş sözü ilə açan öncül təhsil işçisi, yazıçı-publisist Rühəngiz Əşrəfqızı Tənzilə Rüstəmxanlının parlament seçkilərinə “Neftçala üçün birlikdə!” şüarı ilə qatıldığını diqqətə çatdırıb, seçicilərin etimadını qazanacağı halda reallaşdıracağı platforma barədə məlumat verib.

O bildirib ki, Tənzilə xanım Milli Məclisdə təmsil olunacağı halda seçiciləri ilə mütəmadi görüşləri davam etdirəcək.

Yazıçı-publisist seçiciləri xalqın sevilən namizədinə – Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıb.

Görüşdə Tənzilə Rüstəmxanlının vəkili Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olumuş ziyalı İbrahim Yusifzadə xanım namizədin fəaliyyətindən söz açıb, Xolqaraqaşlı sakinlərini seçkilərdə aktiv iştirak edərək Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıblar.

Daha sonra söz namizədin özünə verilib. Tənzilə Rüstəmxanlı çıxış edərək ilk öncə şəhid valideynlərini, qaziləri salamlayıb və seçildiyi təqdirə şəhid ailələrinin və qazilərin mütəmadi yanında olacağını qeyd edib. Tənzilə xanımın çıxışındakı “xeyirinizdə və şərinizdə sizinlə olacağam, hər xoş gününüzdə də, pis gününüzdə də sizinlə bərabər olacağam” sözləri insanlar tərəfindən sevgi ilə qarşılanıb.

Xanım namizəd platforması haqqında məlumat verib, rayonun təbii ki, problemlərinin olduğunu qeyd edib.Tənzilə Rüstəmxanlı dövlət başçısının regionların inkişafı ilə bağlı gördüyü işləri diqqətə çatdırıb və söz verib ki, seçiləcəyi təqdirdə Neftçalanın da problemlərilə bağlı Milli Məclisdə mütəmadi məsələlər qaldıracaq, dövlətin inkişaf proqramlarına Neftçalanın da salınması təmin edəcək.

Tənzilə xanım çıxışında bu məqama toxunub ki, bəzi sosial şəbəkə istifadəçiləri və Neftçaladan olan bəzi şəxslər Tənzilə Rüstəmxanlının neftçalalı olmadığı halda niyə Neftçaladan namizəd olmasını dilə gətirirlər. T.Rüstəmxanlı onlara da öz cavabını verib və “Hər kəs görəcək ki, ən böyük neftçalalı mən olacağam” deyərək sözünü tamamlayıb. Tənzilə xanımın bu sözü kənd sakinlərinin sevgisi və alqışları ilə qarşılanıb.

Platforma ilə bağlı ətraflı məlumat təqdim olunduqdan sonra kənd sakinlərinin fikir və qeydləri dinlənilib, xatirə şəkilləri çəkilib.