Vətəndaş Həmrəyliyi Partiyasının 51 saylı Şirvan seçki dairəsindən namizədi, Vətən Müharibəsi Veteranı Zöhrab İsmayılov Şirvan şəhərində Deman məhləsində seçicilərlə görüş keçirib. Görüşdə namizəd öz seçki plarformasından, seçiləcəyi təqdirdə deputat kimi fəaliyyətindən danışıb.
Z.İsmayılov seçiciləri dinləyib və vətəndaşlar bildirib ki, Şirvanın ən böyük məhəllələrindən olan Deman məhəlləsinin problemlərini bilir. Belə ki,məhəllənin piyada keçidi uçub, bu da insanların burdan istifadə etdiyi zaman həyati təhlükə yaradır, xüsusilə marşrut xəttinin olmaması, dağılmış yollar və digər sosial çətinliklər onlara ciddi problem yaradır. Müharibə veteranı olan VHP namizədi bu problemləri aidiyyatı qurumlar qarşısında qaldıracağını deyib. Daha sonra seçicilər çıxış edərək namizədi dəstəklədiklərini bildiriblər.