Sabah hava necə olacaq?backend

Sabah hava necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında Cənub küləyi əsəcək, gündüz 16 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi 5-10 m/s təşkil edəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli keçəcək. Gecə 5-10 m/s Şərq küləyi, gündüz 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı keçəcək. Gecə 5-10 m/s Şərq küləyi, gündüz 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli keçəcəyi gözlənilir. Gündüz 5-10 m/s Şərq küləyi, axşam 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 1-6° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlər dumanlı olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Gündüz 5-10 m/s Şərq küləyi, axşam 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək.Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

İnterpress.az