Qətnamənin müzakiəsi zamanı Yəmənə qarşı hərbi gücdən istifadə olunması təklif olunsa da, Təhlükəsizlik Şurasının daimi üzvləri buna qarşı çıxıblar.
İnterpress.az xəbər verir ki, səsvermə zamanı Rusiyadan olan Vladimir Safronov Yəməndəki tərəfləri daxili məsələlər üzrə konstruktiv dialoqa çağırıb.
Hazırda Yəməndə hakimiyyət şiə üsyançıların əlindədir. Son həftələrdə Yəmənin müxtəlif siyasi qüvvələri BMT-nin nümayəndəsi Camal Benomarın rəhbərliyi ilə yeni hakimiyyət qüvvələriylə danışıqlar aparıblar. Lakin hələlik ciddi uğura nail olunmayıb.
Xatırladaq ki, Yəmən 2011-ci ildən dərin siyasi böhran keçirir. Həmin il uyun müddət hakimiyyətdə olan prezident istefaya məcbur edilib.
İnterpress.az