Mərkəzi küçə bağlandıbackend

Mərkəzi küçə bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyev hal-hazırda küçədə köhnə asfalt-beton örtüyün qaşınaraq çıxarılması və beton səki daşlarının mərmər səki daşları ilə əvəzlənməsi işlərinin getdiyini qeyd edib.

“Bu işlər başa çatdıqdan sonra, yeni asfalt-beton örtüyünün salınmasına başlanacaq. Bu işlər adıçəkilən küçədə hərəkət qismən məhdudlaşdırılmaqla yerinə yetirilir. Asfalt-beton işlərinə başlanıldıqda Dilarə Əliyeva küçəsində hərəkət tam məhdudlaşdırılacaq”, – deyə o bildirib.

P. Mürsəliyev əlavə edib ki, yerinə yetirilən işlərin gedişatından asılı olaraq, küçədə nəqliyyatın hərəkəti bir neçə günlük məhdudlaşdırılıb.

Qeyd edək ki, bu hissədə küçənin uzunluğu 1370 metr, eni isə 17 metr olmaqla iki gediş, iki gəlişdən ibarətdir.

İnterpress.az