Masallıda həssas qrupların sosial hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib – FOTOLARbackend

Masallıda həssas qrupların sosial hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həssas əhali qrupuna aid olan qadın və gənclərin sosial hüquqlarının müdafiəsi” adlı layihənin icrasını davam etdirir.

4 ay müddətində Şəki, Zaqatala, Masallı və Zaqatala rayonlarında həyata keçiriləcək layihənin əsas məqsədi sosial hüquqların təşviqi, sosial problemlərin həllinə yönələn məlumatların verilməsi, bu hüquqlar barəsində biliklərin artırılması və pozulmuş hüquqların bərpa edilməsi istiqamətində əhalinin maarifləndirilməsidir.

Layihə çərçivəsində iyulun 24-də Masallı rayonunda 1 günlük tədbir təşkil olunub. 29 nəfərin iştirak etdiyi tədbirdə 2 istiqamətdə həyata keçirildi. Birinci hissə iştirakçıların sosial hüquqların təşviqi, sosial problemlərin həllinə yönələn həmin hüquqlara dair biliklərin artırılması və pozulmuş hüquqların bərpa edilməsi haqqında maarifləndirilməsi, mövzuya aid paylama materiallarının təqdim edilməsi, ikinci hissə isə dialoq platforması formatında keçirilib. Yekunda əhalinin ən çox narazı qaldığı, çətinliklərlə üzləşdiyi məqamları aşkarlamaq üçün sorğu təşkil olunub.

İştirakçıların qanunvericilikdə təsbit olunmuş sosial hüquqlar, sosial hüquqları əks etdirən qanunvericilik aktlarının müddəaları və əsas prinsipləri barədə, bu aktların sosial problemlərin həllinə yönələn işləmə mexanizmi və nəzərdə tutulan məsuliyyətlər barədə bilikləri artırılıb.