Yardımlıda məişət zorakılığına qarşı mübarizə mövzusunda tədbir keçirilib – FOTOLARbackend

Yardımlıda məişət zorakılığına qarşı mübarizə mövzusunda tədbir keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizə məqsədilə ictimai müzakirələrin keçirilməsi” adlı layihəsini həyata keçirir.

4 ay müddətində Bakı şəhəri, Masallı, Yardımlı, Biləsuvar, Lənkəran və Şamaxı rayonlarında həyata keçiriləcək layihənin məqsədi regionlarda məişət zorakılığına qarşı mübarizəyə dair təşəbbüslərin irəli sürülməsi, “Məişət zorakılığının qarşısının alınması haqqında Qanun”un təbliği və işləmə mexanizmlərinin tapılması, məişət zorakılığı probleminin ictimailləşdirilməsindən ibarətdir. Eyni zamanda, müxtəlif strukturların problemin həlli istiqamətində birgə fəaliyyətlərinin tənzimlənməsi vasitəsilə bu problemin aradan qaldırılmasına kömək etmək də layihənin məqsədidir.

Layihə çərçivəsində avqustun 2-də Yardımlı rayonunda, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə 21 nəfər iştirak edib. Tədbiri giriş sözü ilə Yardımlı RİH-in sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Əhəd Bağırov açıb.

Tədbiri təlimçilər Əntiqə Qurbanova və Nabat Qəniyeva aparıb.

Tədbirdə “Məişət zorakılığının qarşısının alınması haqqında Qanun”un təqdimatı edilib.

Müzəkırələr aşağıdakı mövzular ətrafında olub;

-Azərbaycanda məişət zorakılığı problemi, onun fəsadları,

-Bu problemin həlli üçün qanunda nəzərdə tutulmuş müddəalar,

-Qanunun tətbiq edilməsi üçün mexanizmlərin olmaması,

-Zorakılığa məruz qalmış insanların hara və necə müraciət etməsi,

-Bələdiyyələrin nəzdində Qadın Otağının təşkili təşəbbüsü,

Eyni zamanda iştirakçıların fikir və təklifləri müzakirə edildi, məişət zorakılığına qarşı mübarizəyə dair təşəbbüslər dinlənilib.

Sonda kiçik qruplarla iş həyata keçirilib. İştirakçılara 2 vərəq paylanıb və hər qrupa 2 suala qısa cavab vermələri xahiş olunub.

Suallar;

1. Sizcə məişət zorakılığı nədir və onu kimlər törədir?

2. Məişət zorakılığı törədən şəxslər cəzalandırılırmı? Məişət zorakılığı qurbanları nə edirlər və nə etməlidirlər – hara, kimə və necə müraciət edməlidirlər?”

Cavablar qeyd edildikdən sonra hər iki vərəq toplanıb flepçatda ayrılıqda yapışdırılıb.

İştirakçılar birlikdə işləyiblər və hər qrupdan 1 nəfər təqdimat edib.

Müzakirələr çay süfrəsi ətrafında da davam edib.