D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndiriməklə gender bərabərliyinin təbliği” adlı layihə həyata keçirir.
Təşkilatdan verilən məlumata görə, 5 ay müddətində Masallı və Astara rayonlarında həyata keçiriləcək layihənin məqsədi regionlarda qadın və qızların inkişafına, onları 2024-cu il (22 dekabr) bələdiyyə seçkilərinə daha çox cəlb etməklə, bələdiyyələrdə iştiraklarının genişləndirilməsilə gender bərabərliyinə nail olmağa təşəbbüs etməkdir.
Layihə çərçivəsində Masallı və Astara rayonlarının hər birində 2 dəfə olmaqla 2 günlük seminar treninqlər və hər rayonda 1 dəfə 2 gün olmaqla görüşlərin keçirilməsi təşkil olunacaq. Ümumilikdə, 12 tədbir həyata keçiriləcək. Tədbirlərdə bələdiyyə seçkilərinə namizəd olacaq 40 qadın (2 qrup x 20 nəfər) iştirak edəcək.
Layihəni 2 istiqamətdə həyata keçirmək nəzərdə tutulur;
1.Region qadınlarının maarifləndirmə və məlumatlandırması– qadın və qızların inkişafına nail olmaq (Namizədlərin özlərinə inamılarının artması),
2. Seçkili orqanlarda qadın və qızların təmsilçiliklərinin artırılması (saylarının artırılması ilə qərar qəbuletmədə rollarının artırılması)- gender bərabərliyinə nail olmaq.
Bələdiyyə seçkilərində namizəd olmaq istəyən qadınlar bələdiyyələr haqda, bələdiyyə seçkiləri ilə bağlı qanun haqda və seçki prosesinin aparılması ilə bağlı maarifləndiriləcəklər.
Layihə çərçivəsində aşağıdakı işlər həyata keçiriləcək;
1. Qadınlar arasında sorğu anketləri vasitəsilə 2024 cü il bələdiyyə seçkilərində namizəd olamaq istəyən qadınlar müəyyən ediləcəklər.
2. Qadınlar arasında liderlik bacarıqlarının inkişafı
3. Namizəd qadınların hazırlanması.
4. KİV nümayəndələri və yerli QHT-lərlə görüşlər;
5. Yerli hakimiyyət orqanları ilə görüşlər;
6. Seçki dairə və məntəqələrində görüşlər.
Layihə çərçivəsində növbəti tədbir iyulun 30-da Astara rayonunda keçirilib. Tədbirdə bələdiyyə seçkilərində iştirak etmək istəyən 21 nəfər xanım iştirak edib.
Əvvəlcə, iştirakçılara donor və layihənin məqsədi haqda məlumat verilib. Layihə rəhbəri Novella xanım Cəfərovanın iştirakçılara arzularını çatdırıb.
İlk olaraq anket sorguların nəticələri müzakirə olundu.
İştirakçılara 4 sual verilib və 4-5 dəqiqəlik video çəkiliş həyata keçirilib.
Suallar belə olub;
1. Mən kiməm?
2. Mənim təsəvvürümdə bələdiyyə
3. Bələdiyyənin statusu və maliyyə mənbələri haqda məlumatım
4. Seçiləcəyim təqdirdə bələdiyyədə edəcəyim dəyişikliklər
Sonra qadınlar arasında liderlik bacarıqlarının inkişafı (Özünü təqdim etmə bacarığı, müsbət əlaqə yaratmaq və fəal dinləmək vərdişləri) haqda məlumatlar verilib və müzakirələr keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarəedilməsi üzrə əməkdaşı Nilufər xanım Əhmədova da iştirak edib.