D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndiriməklə gender bərabərliyinin təbliği” adlı layihənin icrasını davam etidirir.
5 ay müddətində Masallı və Astara rayonlarında həyata keçiriləcək layihənin məqsədi regionlarda qadın və qızların inkişafına, onları 2024-cu il (22 dekabr) bələdiyyə seçkilərinə daha çox cəlb etməklə, bələdiyyələrdə iştiraklarının genişləndirilməsilə gender bərabərliyinə nail olmağa təşəbbüs etməkdir.
Təşkilatdan verilən məlumata görə, layihə çərçivəsində Masallı və Astara rayonun hər birində 2 dəfə 2 günlük seminar treninqlər və hər rayonda 1 dəfə 2 gün olmaqla görüşlərin keçirilməsi təşkil olunacaq. Ümumilikdə 12 tədbir həyata keçiriləcək. Tədbirdə ümumilikdə bələdiyyə seçkilərinə namizəd olacaq 40 qadın (2 qrup x 20 nəfər) iştirak edəcək.
Layihəni 2 istiqamətdə həyata keçirmək nəzərdə tutulur;
1. Region qadınlarının maarifləndirmə və məlumatlandırması- qadın və qızların inkişafına nail olmaq (Namizədlərin özlərinə inamılarının artması),
2. Seçkili orqanlarda qadın və qızların təmsilçiliklərinin artırılması (saylarının artırılması ilə qərar qəbuletmədə rollarının artırılması)- gender bərabərliyinə nail olmaq.
Bələdiyyə seçkilərində namizəd olmaq istəyən qadınlar bələdiyyələr haqda, bələdiyyə seçkiləri ilə bağlı qanun haqda və seçki prosesinin aparılması ilə bağlı maarifləndiriləcəklər. Layihə çərçivəsində aşağıdakı fəaliyyətlər təşkil olunacaq;
1. Qadınlar arasında sorğu anketləri vasitəsilə 2024 cü il bələdiyyə seçkilərində namizəd olmaq istəyən qadınların müəyyən edilməsi
2. Qadınlar arasında liderlik bacarıqlarının inkişafı
3. Namizəd qadınların hazırlanması
4. KİV nümayəndələri və yerli QHT-lərlə görüşlər
5. Yerli hakimiyyət orqanları ilə görüşlər
6. Seçki dairə və məntəqələrində görüşlər
Layihə çərçivəsində Astara rayonunda iyulun 30-da başlamış tədbirin davamı iyulun 31-də keçirilib. Bələdiyyə seçkilərində namizəd olmaq istəyən 21 xanımın iştirak etdiyi tədbirdə donor və layihə haqda məlumat verildikdən sonra iştirakçılar tərəfindən çıxışlar edilib.
Tədbirin 2-ci günü iştirakçılarla bağlı təqdimat-video çəkilişin davamı həyata keçiriilib. İştirakçılara verilmiş 4 sual üzrə 4-5 dəqiqəlik video çəkiliş həyata keçirilib.
Suallar;
1. Mən kiməm?
2. Mənim təsəvvürümdə bələdiyyə.
3. Bələdiyyənin statusu və maliyyə mənbələri haqda məlumatım
4. Seçiləcəyim təqdirdə bələdiyyədə edəcəyim dəyişikliklər.
Sonra qadınlar arasında liderlik bacarıqlarının inkişafı (danışıqlar aparmaq və münaqişələri həll etmək bacarıqları), liderlik bacarıqlarının inkişafı (ictimai problemlərin həlli, tolerantlıq, könüllülərlə iş və s.), İctimai əlaqələrin təşkili- KİV-lə əlqə qurmaq, ictimai çıxışlar, liderlik üsulları-səmərəli komanda fəaliyyəti, pozitiv liderlik, komanda lideri mövzuları haqda çıxışlar və müzakirələr edilib. Sonra kiçik qruplarla iş davam edib və təqdimatlarlar keçirilib.