Həssas qruplara qayğı ilə bağlı layihənin icrasına başlanıbbackend

Həssas qruplara qayğı ilə bağlı layihənin icrasına başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Maarifçi Xeyirxah Xanımlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial problemlərin həlli təşəbbüsləri” adlı layihənin icrasına başlayır.

Layihənin məqsədi Bakı şəhərinin Bakıxanov qəsəbəsində yaşayan həssas əhali qrupların (yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin) sosial hüquqlarla bağlı maarifləndirilməsi, problemlərinin həllində (sosial sahədə, hüquqi, maddi və mənəvi yardım, həkim müayinəsi və müalicəsini təşkil etmək yolu ilə) yardım etməklə onların sosial və mənəvi inkişaflarına dəstək verməkdir.

Layihə çərçivəsində fiziki cəhətdən hərəkət etmək imkanı olmayan qoca, tənha və kimsəsizlərə evdə tibbi müayinənin və müalicənin təmin olunmasına, ehtiyac olarsa onların gigiyenik tələbatlarının ödənilməsi üçün sosial təminat şöbəsinə müraciət edərək sosial işçilərin cəlb edilməsinə nail olunacaqdır

Əlilliyi olan və tənha, qoca, kimsəsiz, xəstə şəxslər üçün könüllü olaraq 1 günlük həkim müayinəsi təşkil ediləcəkdir. Peşəkar hüquqşünas və layihə təlimçisi bu insanların fiziki və hüquqi şəxslərlə, dövlət orqanları ilə münasibətdə üzləşdikləri hüquqi xarakterli problemlərin həllində iştirak edəcək. Onlara hüquqi məsləhət və yardım ediləcəkdir.

Ümumilikdə, 100 nəfər üçün maarifləndirici tədbirlər keçiriləcək. Təlimçi və hüquqşünas tədbir iştirakçılarına sosial hüquqlar haqda məlumat verəcək (sosial hüquqlar haqda qanunvericilik, sosial hüquqların müdafiəsi, hüquqların pozulduğu zaman hara, kimə və necə müraciət edilməsi, təşkilatın onlara necə kömək edə biləcəyi və s.), iştirakçıların suallarına cavab verəcək və lazım olduqda onlara əməli köməklik göstərəcək.

Təşkilatda layihənin həyata keçirilməsinin aşağıdakı nəticələri verəcəyini düşünür;

-100 nəfər benefisiar sosial hüquqlar haqda məlumat alacaq.

-Bakıxanov qəsəbəsində yaşayan yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərə, pulsuz hüquqi yardımlar ediləcək, sosial problemləri həll olunacaqdır;

-Bakıxanov qəsəbəsində yaşayan yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərə könüllü olaraq, 1 gün həkim müayinəsi təşkil olunacaq ki, bu kateqoriya insanlara həm maddi imkan, həm də qayğı və diqqət göstərilmiş olacaqdır.

-ictimaiyyətin, müvafiq dövlət qurumlarının , iş adamlarının və donor təşkilatlarının diqqəti bu insanların problemlərinə yönələcəkdir;

-Xeyrxah insanları bu prosesə cəlb edilməklə xeyrxahlıq ənənələri genişlənəcəkdir.

-Layihə ilə bağlı KİV-də dərc olunan məqalələr problemi ictimailəşdirəcəkdir.

Layihə 4 ay müddətində həyata keçiriləcəkdir.