Təhsilə və Uşaqlara Yardım İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc ailələrə mənəvi dəstək” adlı layihə həyata keçirir.
3 ay müddətində Masallı rayonunda (Ərkivan qəsəbəsi, Seybətin, Şərəfə, Həsənli, Səmidxan kəndləri) həyata keçiriləcək layihənin məqsədi gənclərə milli-mənəvi, əxlaqi dəyərləri mühafizə etməyi, milli ailə dəyərlərinini özündə ehtiva edən müasir ailə qurmağı və qorumağı təlqin etməkdir.
Təşkilat layihənin nəticələri olaraq müasir ailə modelində milli ailəyə xas olan milli-mənəvi, əxlaqi dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün bu günkü gəncliyin rol və vəzifələrini, milli ailənin, milli mənəvi və əxlaqi dəyərlərin daşıyıcısı olduğunu və bunun tarixi məsuliyyətini dərk etmələrinə yardım edilməsini görür.
Layihə çərçivəsində iyulun 27-də Masallı rayonunun Ərkivan qəsəbəsində keçirilən tədbirdə 20 nəfər iştirak edib. Tədbiri Təhsilə və Uşaqlara Yardım İB-nin sədri Ələsgər Hüseynov açıb. Tədbirin təlimçisi Nabat Qəniyeva iştirakçılara 2 vərəq paylayb. Paylanan vərəqlərin birində “Milli-mənəvi və əxlaqi dəyərləri necə başa düşürsunuz?”, digər vərəqdə isə “Ailə təməli hansı amillərə söykənərək qurulmalıdır?” suallarına cavab yazmaları xahiş olunub. Sonra vərəqlər toplanıb, verilən cavablar oxuub, fikirlər ümumiləşdirilib və təhlil edilib.
Tədbirdə müzakirələr aşağıdakı mövzular istiqamətində aparıldı;
-Milli-mənəvi, əxlaqi dəyərlər; tarixi köklərimiz
-Milli ailə və müasir ailələr haqda düşüncələr
-Ailədaxili münasibətlər (hörmət, güzəşt, qayğı, şiddət və s.) və nəticələr- gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə
-Boşanmalar və fəsadları- gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə
-Böyüklərin tövsiyyəsi müasir gənclərə nə verir?
-Qarışıq ailələr və milli ailə dəyərləri.
-Qloballaşma və mədəni inteqrasiya şəraitində sosial şəbəkələr- zərurət yaxud milli- mənəvi, əxlaqi dəyərlərə zərbə (Gənclərin ailə həyatı qurmasında , boşanmada və tanışlıq-dostluq və s prosesində rolu).
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.