Vətənpərvərlik mövzusunda yeni layihənin icrasına başlanırbackend

Vətənpərvərlik mövzusunda yeni layihənin icrasına başlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətənpərvərlik mövzusunda dəyirmi masaların təşkili” layihəsinin icrasına başlayır.

Təşkilatdan verilən məlumata görə, 3 ay müddətində Şamaxı, Masallı, Astara, Biləsuvar, Lənkəran rayonlarında həyata keçiriləcək layihənin məqsədi cəmiyyətdə vətənpərvərlik ideyalarının və hərbi vətənpərvərlik hissslərinin düzgün aşılanmasına, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına kömək etməkdir.
Layihə çərçivəsində qeyd olunan rayonların hər birində 1 günlük dəyirmi masaların keçirilməsi planlaşdırılır. Tədbirlərdə kişi və qadınlar olmaqla, gənclər, müharibə əlilləri, qazilər və əhali qrupu iştirak edəcəkdir. Hər dəyirmi masada 20 nəfər olmaqla ümumilikdə 100 nəfərin iştirakı nəzərdə tutulur.

Keçiriləcək tədbirlərdə Vətən müharibəsinin qəhrəmanları və qazanılan qələbənin səbəbləri, Vətən müharibəsinin qəhrəmanlıq nümunələri haqqında yeniyetmə və gənclərin bir daha məlumatlandırılması və onlarda hərbi vətənpərlik hisslərinin daha da möhkəmləndirilməsi məqsədi güdülür.

Dəyirmi masalar aşağıdakı mövzularda təşkil olunacaq;

1. Müzəffər Ali Baş Komandanın ordu quruculuğu və qələbəmizdəki böyük rolu.
2. Vətən müharibəsinin qəhrəmanları heç vaxt unudulmayacaq.
3. Azərbaycan xalqı 44 gün bir yumruq kimi.
4. Vətəni cəsur igidlərimiz- qəhrəman şəhidlərimiz kimi sevməliyik.

Layihə çərçivəsində keçriləcək tədbirlərin KİV, internet xəbər saytları və sosial şəbəkələr vasitəsilə ictimailəşdirilməsi təmin ediləcək.

İctimai Birlik layihədən aşağıdakı nəticələri gözləyir;

– Cəmiyyət, əsasən yeniyetmə və gənclər Vətən müharibəsinin qəhrəmanlarını daha yaxından tanıyacaq..

– “Dəmir Yumruq” əməliyyatının iştirakçıları haqqında məlumatlar qəhrəmanlıq nümunəsi kimi gələcək nəsillərə ötürüləcək.

– Gənclərdə cəbhə bölgəsində hərbi xidmət keçməyə maraq artacaq.

– Qəhrəmanların ailələrinə göstərilən diqqət və qayğı hərbçi ailələrinə stimul verəcək.

– Xalqa örnək olan Vətən müharibəsinin qəhrəmanları bütün cəmiyyət üçün ideal nümunə olduğuna görə, onların hər birinin tanıdılması və təbliği yeniyetmə və gənclərimizə əlavə müsbət təsirlər göstərəcək, onlarda hərbi vətənpərlik və Vətən sevgisini daha da yüksəldəcək.