Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətənpərvərlik mövzusunda dəyirmi masaların təşkili” layihəsini həyata keçirir.
3 ay müddətində Şamaxı, Masallı, Astara, Biləsuvar, Lənkəran rayonlarında həyata keçiriləcək layihənin məqsədi cəmiyyətdə vətənpərvər və hərbi vətənpərvərlik hisslərinin düzgün aşılanmasına, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına kömək etməkdir.
Layihə çərçivəsində iyulun 27-də Astara şəhərindəki “Şindan” otelinin konfrans zalında reallaşan tədbirdə 20 nəfər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açılıb. Sonra şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları aşağıdakı mövzular ətrafında məlumat alıb və müzakirələrdə iştirak ediblər.
1. Müzəffər Ali Baş Komandanın ordu quruculuğu və qələbəmizdəki böyük rolu.
2. Vətən müharibəsinin qəhrəmanları heç vaxt unudulmayacaq.
3. Azərbaycan xalqı 44 gün bir yumruq kimi.
4. Vətəni cəsur igidlərimiz- qəhrəman şəhidlərimiz kimi sevməliyik.
Tədbirdən sonar iştirakçılar üçün çay süfrəsi təşkil edilib və mövzu ilə bağlı söhbətlər aparılıb.