İnterpress.az xəbər verir ki, səfir İran və Türkiyənin yaxın 15-20 ildə parçalana biləcəyini bildirib. Səfirin sözlərinə görə, SSRİ dağılanda o, Moskvada olub və bütün prosesi izləyib: “1990-cı ildə SSRİ dağılanda mən də Moskvada idim. Kimsə Sovetlər Birliyinin belə sürətlə çökə biləcəyini təxmin etmirdi. Gözlərimiz önündə dev bir sistem çökdü. İran və Türkiyə də qarşıdakı 15-20 ildə parçalanar. Bunlardan biri digərinə bağlıdır. Türkiyə coğrafyasının altında fay xətləri qırılsa, İran da alt üst olar. Fay xəttini yaradan stress də kürd məsələsidir. Türkiyədə 6-7 oktyabrda baş verən hadisələr eyni zamanda Urmiyə və Tehranda özünü göstərdi. Unutmayaq ki, Ərbildə dalğalanan kürd bayrağı İranın Mahabad bölgəsindəki “Kürd Respublikasının” simvoludur”.
İnterpress.az