İosif Kobzonun adı “qara siyahı”dabackend

İosif Kobzonun adı “qara siyahı”da

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi sanksiya tətbiq olunan rusiyalıların siyahısını genişləndirib. İnterpress.az xəbər verir ki, siyahıya Rusiyanın müdafiə nazirinin müavinləri Anatoli Antonov və Arkadi Naxin, baş qərargah rəisinin müavini Andrey Katapolov, müğənni İosif Kobzon və Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Valeriy Raşkin əlavə olunub.

Bura həmçinin Ukraynanın şərq vilayətlərinin 14 sakini də daxildir – separatçı Donetsk “respublikası” ordu komandirinin müavini Eduard Basurin və 9 seperatçı təşkilat.
Avropa Birliyinin “qara siyahı”nı genişləndirəcəyi hələ fevralın 9-dan məlum idi. Rusiyanın Avropa Birliyindəki nümayəndəsi Vladimir Çijov deyib ki, ölkəsi yeni sanksiyalara qarşı tədbirlər planı hazırlayır.

İnterpress.az