Sabah axşamdan Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qeyri-sabit hava şəraiti əsasən fevralın 18-i və fevralın 19-da müşahidə olunacaq. Həmin günlərdə hava şəraitinin küləkli və yağıntılı olacağı gözlənilir. Həmin günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə enəcək.
Fevralın 17-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Axşam küləyin sürəti arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti, axşam 3 dərəcəyədək isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin, gündüz qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşama doğru güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 17-si günün ikinci yarısından fevralın 18-i günün ikinci yarısınadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi, ötən günlə müqayisədə temperaturun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir.
İnterpress.az