“Elə bildim uşaqdır” –  Tayson Hasbiklə görüşündən sonra ŞOKA DÜŞÜB – VİDEObackend

“Elə bildim uşaqdır” – Tayson Hasbiklə görüşündən sonra ŞOKA DÜŞÜB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayson Hasbiklə görüşdükdən sonra şokda qalıb.

İnterpress.az xəbər verir ki, ötən illərin əfsanəvi çempionu, 58 yaşlı Mayk Tayson “All the smoke fight” YouTube kanalına müsahibə verib.

Tayson UFC-nin səfiri, naməlum genetik anomaliyaya malik məşhur rusiyalı bloqer Hasbik (Hasbulla Maqomedov) ilə ilk görüşündən danışıb.

“Uşaq olduğunu düşündüm. Mən onunla oynayırmış kimi davrandım. Uşaqlarla həmişə belə davranıram. Onu qucaqlayıb qucağıma aldım. Və onun 26 yaşı var? Amma yox, mən kamera üçün oynamamışam”, – Tayson təəccübünü bildirib.

Xatırladaq ki, Tayson noyabrın 15-də Arlinqtonda (ABŞ) döyüşəcək və burada amerikalı bloqer və peşəkar boksçu Ceyk Pol ilə səkkiz raundluq döyüş olacaq.

Xuraman Etibarlı

İnterpress.az