Qazaxıstan-Rusiya sərhədində 15 kilometrlik tıxac yaranıb.
İnterpress.az xəbər verir ki, bu barədə Qzaxıstan mediası məlumat yayıb. Bildirilir ki, Qazaxıstan-Rusiya sərhədində 15 kilometrlik tıxac yaranıb.
Sürücülərin sözlərinə görə, onların çoxu iki gündən çox gözləyir. Onlar şəraitin olmamasından şikayətlənirlər: gözləmə yerində yeməkxana, hamam yoxdur.
Tıxacın əsas səbəbi isə cəmi bir gün qüvvədə olan pullu elektron keçid sistemi olub.
Sürücülər qeyd edirlər ki, keçidin müddəti başa çatır və bunun üçün yenidən pul ödəməli olurlar, lakin prosedurla bağlı izahedici məlumat yoxdur.
Qeyd edək ki, gözləyən sürücülər arasında azərbaycanlılar da var.
Xuraman Etibarlı
İnterpress.az